DSMF-nin strukturunda dəyişiklik edildi
09:51 08 İyun 2020
Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, dəyişikliklə bağlı Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.
Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47.
Femida.az
Oxunub: 894
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb
- DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb
- DSMF-nin Nizamnaməsinə dəyişiklik edilib
- DSMF-nin sabiq şöbə müdirinə cinayət işi açılıb
- DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxunub
- DSMF-nin sabiq əməkdaşının məhkəmsi başlayır
- DSMF-nin Qubadlı şöbəsi ləğv edilməyib - RƏSMİ
- DSMF-nin strukturunda növbəti dəyişiklik edildi