DGK mayda büdcəyə ödəmələri 2% artırıb


12:20     08 İyun 2020 dgk%20muraciet.jpg

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 348,2 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin may ayı müqayisədə 6,6 milyon manat və yaxud 1,9% çoxdur.


DGK-dən Femida.az-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 18,1 milyon manat və yaxud 20,3% azalaraq 71 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 34,7 milyon manat və yaxud 15,2% artaraq 263,5 milyon manat, aksizlər üzrə daxilolmalar 9,5 milyon manat və yaxud 47,9% azalaraq 10,7 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 0,5 milyon manat və yaxud 15,2% azalaraq 3,1 milyon manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 738