Azərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunur
12:42 08 İyun 2020
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.
Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.
Femida.az
Oxunub: 753
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib