Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi istefa verdi
15:23 08 İyun 2020
Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verib.
Məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisi Eduard Martirosyan prezident Armen Sarkisyana vəzifədən azad olunmaqla bağlı ərizə yazıb.
Məlumata görə, Ermənistan mətbuatında onun istefa verəcəyi ilə bağlı şayiələr 1 aydır gəzirdi.
Qeyd edək ki, Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra etməyə başlayıb. O yalnız bu ilin martın 19-da bu vəzifəyə təyin edilmişdi.
Femida.az
Oxunub: 854
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi