AZAL bilet satışı sentyabra qədər dayandırdı


15:57     08 İyun 2020 azal%20(4).jpg

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını sentyabra qədər dayandırıb. Müştərilər yalnız 1 sentyabrdan sonrakı tarixlərə bilet ala bilərlər.


Femida.az bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. O vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq.

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.


Femida.az

Açar sözlər: #AZAL   #bilet  

Oxunub: 1131