DİN: Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq


20:15     08 İyun 2020 20_06_08_1591632467.jpg

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

Bunu Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır.

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, - deyə E. Zahidov əlavə edib.

Açar sözlər:

Oxunub: 854