Polislərin üzərinə müxtəlif əşyalar atan 11 nəfər həbs edildi


10:12     09 İyun 2020 2020/02/din_esas_1582268190.jpg


Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.

Femida.az-ın məlumatına görə, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.

Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

Femida.az

Açar sözlər: #polis   #həbs  

Oxunub: 991