"Qondarma rejimin "başçısı" anlayır ki, mühakimə ediləcəyi gün yaxındır"


10:34     09 İyun 2020 2018/12/tural_genceliyev_afarov1499687898_1545742170.jpg


"Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin qondarma "başçısı" Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlaması ilə bağlı danışarkən deyib.

"Azərbaycan Respublikasının işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj Sarkisyan və Robert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurlara əlaltılıq etməklə özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur. Qondarma və oyuncaq rejimin oyuncaq "başçısı" yaxşı anlayır ki, onun özünün və onun kimilərin Azərbaycan Respublikası qanunları qarşısına mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçışı mümkün olmayacaq.

Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi Arayik kimi oyuncaqlardan təmizlənəcək. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Republikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək", - T.Gəncəliyev bildirib.

Femida.az

Açar sözlər: #Qarabağ   #TuralGəncəliyev  

Oxunub: 869