AXCP-nin keçmiş funksioneri Əli Kərimlini məhkəmədə uddu


16:00     09 İyun 2020 2020/06/aydin-eliyev_1591703620.jpeg

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası keçirilib.

Femida.az xəbər verir ki, proses hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub.

Şikayətçi Aydın Əliyev AXCP-dən Əli Kərimlinin sifarişi ilə qanunsuz yolla uzaqlaşdırıldığını deyib. O, partiya sıralarına bərpa olunmasını xahiş edib.

Məhkəmə A.Əliyevin şikayətini təmin edərək onun partiyaya və Nəzarət-Təftiş Komissiyasına bərpa olunmasına dair qərar qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 699