BŞBPİ Qiyas İbrahimovun intihara cəhd etməsi ilə bağlı məlumat yayıb


18:35     09 İyun 2020 20_06_09_1591713402.jpg

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-A bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib: "Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Açar sözlər:

Oxunub: 1027