Velosiped oğruları saxlanıldı - Foto


10:23     10 İyun 2020 velosiped.jpg

Bakıda velosiped oğruları saxlanılıb.

Femida.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan, əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosipedi oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Saxlanılan şəxslsərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 876