Qubada narkotik becərən şəxs saxlanıldı (FOTO)


10:32     10 İyun 2020 2020/06/quba_narkotik_100620_1_1591770938.jpg

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 851