Səyyar ASAN xidmət davam edir


10:47     10 İyun 2020 seyyar%20asan.jpg

Səyyar ASAN xidmətin ölkə üzrə fəaliyyəti davam etdirilir.


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, ASAN xidmət 10 – 25 iyun tarixlərində Qaradağ rayonunun Qobustan qəsəbəsi, Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, 10 – 29 iyun Xırdalanda, 10 iyun – 4 iyul Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi; (Bakı və Sumqayıt Səyyar ASAN xidmət avtobusları)

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);

- Tərcümə xidməti (Bakı, Gəncə, Sumqayıt, İmişli və Masallı Səyyar ASAN xidmət avtobusları)

- Tibb xidməti;

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 963