İtləri harada gəzdirməyə icazə veriləcək? - RƏSMİ


10:57     10 İyun 2020 2020/06/koronavirus-doneminde-evcil-hayvan-bakimi_1591772246.jpeg

Sərt karantin rejimində insanlara ev itlərini yalnız qaldıqları evin yaxınlığında gəzdirməyə icazə verilir.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (din) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

DİN rəsmisi bildirib ki, ev itlərini parkda və bulvarda gəzdirməyə icazə verilmir.

“Sakinlər iti yaşadığı evin həyətində, yaxınlığında qısa müddətdə gəzdirib, evə qayıtmalıdır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov dünən keçirilən brifinqdə bildirmişdi ki, qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar, lakin bundan sui-istifadə edilməməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 782


Oxşar xəbərlər