Uçqun olan binanın sakinləri yeni kompleksə köçürüləcək


11:29     10 İyun 2020 2020/06/Bina_ucqun_410_1591774431.jpg

Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb.

Bunu Femida.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, 5 nəfər ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

"Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər".

Femida.az

Açar sözlər:

Oxunub: 773


Oxşar xəbərlər