DİN-in əməkdaşları arasında koronavirusa yoluxanlar var - RƏSMİ


12:22     10 İyun 2020 din%20daxili%20isler%20n9.jpg

Xüsusi karantin rejimi başlayandan bu günə qədər polis əməkdaşları gücləndirilmiş iş rejimində karantin rejiminə nəzarəti həyata keçiriblər.

Bunu Femida.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, polislər hər gün yüzlərlə, minlərlə insanla ünsiyyətdə olurlar.

“Öz həyatlarını, sağlamlıqlarını riskə ataraq insanlarla ünsiyyətdə olurlar. Bu da sözsüz ki, polis əməkdaşları arasında koronavirusa yoluxma hallarına gətirib çıxarıb. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları arasında koronavirusa yoluxanlar var. Onlarda xəstəlik müəyyən edildikdən sonra dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Hazırda sağalıb evə buraxılanlar, müalicə alanlar da var. Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, mütəmadi olaraq polis əməkdaşlarından testlər götürülür, vəziyyətə nəzarət olunur. Buna baxmayaraq, yoluxmalar da olur".

DİN rəsmisi qeyd edib ki, xəstəlikdən sağalanlar arasında işə qaydanlar yoxdur. Onlara ev şəraitində istirahət verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 852