Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb


13:53     10 İyun 2020 20_06_10_1591782810.jpg

Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

APA-nı yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VASZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Sürücünün ürək tutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 727