20-yə yaxın şagirdin hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb - RƏSMİ


17:21     10 İyun 2020 sınaq-imtahanı.jpg

Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi - müəllim, 117 bina nümayəndəsi ayrılıb.

DİM-dən Femida.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Açar sözlər:

Oxunub: 880