Karantin nəzarətinə götürülmə qaydaları dəyişdi


19:32     10 İyun 2020 20_06_10_1591803173.jpg


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

Femida.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.

Femida.az

Açar sözlər: #karantin   #qanun  

Oxunub: 1305