Miqrasiya Xidmətinin rəisi videoqəbul keçirəcək


19:44     10 İyun 2020 20_06_10_1591803270.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulunun keçirilməsi nəzərdə tutulub.

Xidmətdən Femida.az-a verilən məlumata görə, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qeydiyyatdan keçmiş şəxslərə qəbulun keçirilmə forması, keçiriləcəyi tarix və saat barədə əlavə məlumat veriləcək.

Qəbulda iştirak edən şəxslər şəxsiyyətini təsdiq edən sənədi (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportları) təqdim etməlidir.

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 909