DMX əcnəbilərə müraciət etdi


15:22     11 İyun 2020 miqrasiya%20xdmedi.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 iyul 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən Femida.az-a bildirilib ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 iyul 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1 iyul tarixinədək bitəcək əcnəbilərin müraciətləri Xidmət tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 - 60 gün müddətinə (istəklərinə uyğun olaraq) uzadılacaq.

Eyni zamanda, müvəqqəti olma müddəti artıq 30 gün uzadılmış və həmin müddəti 1 iyul tarixinədək bitəcək olan əcnəbilərin də müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 gün müddətinə uzadılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 578