Sərt karantin günlərində apteklər yeni qayda ilə işləyəcək - RƏSMİ
15:30 11 İyun 2020
Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.
Femida.az
Oxunub: 953
Oxşar xəbərlər
- Sərt karantində rayonlardan Bakıya gəlmək bu cür mümkün olacaq - QAYDA AÇIQLANDI
- Sərt karantinin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat ödəmə 278 min şəxsi əhatə edəcək
- Sərt karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçirilə bilər
- Sərt karantin rejimi uzadılacaq? - RƏSMİ
- Sərt karantin rejimi iyulun 20-dək uzadıldı - RƏSMİ
- Sərt karantin rejimində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləyəcək
- Sərt karantin rejimi ilə bağlı qərarlar qəbul ediləcək
- Sərt karantin zamanı yalnız bu şəxslər işləyə bilər - SİYAHI
- Sərt karantin rejimi Lənkəranın kəndlərinə aid deyil - RƏSMİ
- Sərt karantin rejimi başa çatıb