Naxçıvanda orta aylıq əməkhaqqı artıb


16:16     11 İyun 2020 1439202905_manat2.jpg

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 519,9 manat təşkil edib.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Femida.az

Açar sözlər:

Oxunub: 547