Qaxda iki il öncə intihara cəhd edən şəxs özünü asdı


17:05     11 İyun 2020 intihar114.jpg

Qax rayon sakini intihar edib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Yaxınları N.Yusifovun iki il öncə də sirkə turşusu içərək intihara cəhd etdiyini bildiriblər.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Yusifov ailəlidir və bir övladı var.

Açar sözlər:

Oxunub: 942