Baş katib: “Azərbaycanı OPEC üzvü görmək istərdik”


20:47     11 İyun 2020 2020/06/45380c67-50d9-4b0f-b6c5-5882328955ad_1591891953.jpg

“Azərbaycan neft sənayesinin beşiyidir. Neft sənayesi Pensilvaniyada deyil, Bakıda başlayıb. Azərbaycanı OPEC-ə üzv görməyə çox şad olardıq”.

Femida.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo bildirib.

Baş katib Azərbaycanın üzvlüyünün OPEC üçün qürur mənbəyi ola biləcəyini əlavə edib. O həmçinin OPEC+ çərçivəsində də Azərbaycanla uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 933