Müdafiə Nazirliyi: Ermənistan yeni yollar çəkməyə məcbur qalır


21:12     11 İyun 2020 2020/06/mudafie_1591892496.jpg

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Femida.az -ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilib.

Bildirilib ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

Açar sözlər:

Oxunub: 870