Bakıda bazar yaxınlığında qanlı hadisə


09:11     12 İyun 2020 bicaq.jpg

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə bazarın yaxınlığında qeydə alınıb.

1982-ci il təvəllüdlü Rzayev Xoşbəxt Bayram oğlu tanışı ilə mübahisə zamanı ona bir neçə bıçaq xəsarəti yetirilib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 646