Putin İlham Əliyevə başsağlığı verdi


19:35     06 Dekabr 2015 140226-putin-russia-military-750a_4eeedb96f23edfb4cd42615d86323da28.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Günəşli yatağında baş vermiş faciə ilə əlaqədar prezident İlham Əliyeva başsağlığı verib.


Femida.az prezidentin saytına istinadən xəbər verir ki, Putin bu hadisədən çox kədərləndiyini bildirib:

" “Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm".

Açar sözlər:

Oxunub: 1248