Qusarda canavarlar təsərrüfata hücum edib 12 qoyunu parçalayıb


10:29     12 İyun 2020 20_06_12_1591943437.jpg

Qusar rayonunda canavarlar vətəndaşlara məxsus təsərrüfata hücum edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb. Kənd sakini Şöhrət Nemətova məxsus tövləyə girən yırtıcılar 11 qoyunu parçalayıb.

Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu parçalayıblar.


Zərəçəkənin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib. O bildirib ki, iki ay əvvəl də kənddə canavarların təsərrfata hücumu qeydə alınıb.

Faktla bağlı müvafiq qurumlara məlumat verilib.

Açar sözlər:

Oxunub: 779