Marqvelaşvili prezidentə zəng edib başsağlığı verdi


19:56     06 Dekabr 2015 71bassagligi.jpg

Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Gürcüstan Prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Açar sözlər:

Oxunub: 1026