Parlament tibb müəssisələri ilə bağlı layihəni təsdiqlədi


14:56     12 İyun 2020 klinika.jpg

Azərbaycanda tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun məbləğləri müəyyənləşib.


Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat

- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.

Qanuna dəyişiklik layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilib.

Ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulan dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər: #qanun   #parlament   #tibb  

Oxunub: 1508