Bu il Azərbaycanda 6600-dən çox əcnəbi tələbə təhsil alıb


15:23     12 İyun 2020 20_06_12_1591961655.jpg


2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 177, Çində 30, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 12, Qazaxıstanda 2, ümumilikdə isə 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-2020-ci tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 90-dan artıq ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 628