Azərbaycanda ən yüksək maaş bu sektordadır: 3736 manat - RƏSMİ


15:51     12 İyun 2020 20_06_12_1591962188.jpg


2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,7 manat, özəl müəssisələrdə isə 885,1 manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 700