Sərt karantin rejimi Lənkəranın kəndlərinə aid deyil - RƏSMİ


17:35     12 İyun 2020 2020/06/lenkeran-karantin_1591969042.jpg

“Sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək. Amma Lənkəran rayonunun digər kəndlərində sərt karantin rejimi nəzərdə tutulmayıb”.


Femida.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bununla yanaşı İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək”, - o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 705