İyun ayının pensiyaları ödənilib


19:00     12 İyun 2020 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb532.jpg

Respublika üzrə iyun ayının bütün pensiya ödənişləri başa çatdırılıb.



Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının (407 298 pensiyaçı) ödənişi, bu gün isə respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə ödənişi onların bank hesablarına köçürülüb.

Açar sözlər:

Oxunub: 1110