Paytaxtda həyətlərə əlavə konteynerlər qoyulub
09:01 13 İyun 2020
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun tarixindən 2 gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Femida.az-a verilən məlumatına görə, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir.
Eyni zamanda məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.
Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommunal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da 2 günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu, müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.
Femida.az
Oxunub: 732
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda tibb mərkəzində yanğın olub