Daha 3 şagird məktəbi vaxtından tez bitirəcək


12:01     13 İyun 2020 mektebliler_015.jpg

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün 2019-2020-ci tədris ilində də eksternat qaydasında ənənəvi imtahan keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, imtahanlarda şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb. İbtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 705