5 min müəllim 1000 manat maaş alır


14:02     13 İyun 2020 müellim-660x330.jpg

Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Həmçinin diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb.

Femida.az

Açar sözlər: #müəllim   #maaş   #təhsil  

Oxunub: 1577