Sumqayıtda başına dəmir düşən fəhlə ölüb


16:33     13 İyun 2020 20_06_13_1592051407.jpg

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.


Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində aparılan tikintidə fəhlə işləyən, 1980-ci il təvəllüdlü Məmmədov Əli Rəsul oğlunun başına dəmir parçası düşüb. Ağır xəsarət alan Ə. Məmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 1241