İsmayıllıda avtomobil yanıb - FOTO


18:07     13 İyun 2020 20_06_13_1592057405.jpg

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1990-cı il təvəllüdlü Qədirov Ramiq Rahib oğluna məxsus 55-BT-589 dövlət nömrə nişanlı, "QAZ-66" markalı avtomobil Bizlan kəndi ərazisində hərəkətdə olarkən qəfildən alışıb. Alov qısa vaxtda avtomobilin salon hissəsinə keçib. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 1178