Oğlunu yeyib-içməyə aparıb, atasının evini soydular


09:57     14 İyun 2020 20_06_14_1592112601.jpg

İyunun 11-də Şirvanda gecə saat 01.00 radələrində mənzilə quldur basqını edən maskalı şəxslər yaxalanıb.

Femida.az -ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 79 yaşlı Xudaverdiyev İnqilab Əsgər oğlunun yaşadığı evə basqın edərək pul və qızıl üzük aparan şəxslər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, evə basqın edən naməlum şəxslər ev sahibinin ağzını, əllərini və ayaqlarını yapışqanla bağlayıb, sonra onu döyüb, evdən 2200 manat pul və qızıl üzük götürərək hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinənlər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Baxşıyev Baxış Şirindil oğlu, 1985-ci il təvəllüdlü Əhmədov Elsevər Elman oğlu və əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Məmmədov Rüstəm Yavər oğlu tutulublar.

İstintaqla müəyyən edilib ki, basqında iki nəfər iştirak edib. Üçüncü şəxs isə basqın anında ev sahibinin oğlunu evdən yayındırmaq üçün restorana aparıb və orada yeyib-içiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 911