Baş Prokurorluqda DSMF-nin vəzifəli şəxslərinə cinayət işi açılıb
13:12 14 İyun 2020
"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb".
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
Onun sözlərinə görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
"Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanmış, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcəkdir"-deyə, bildirib.
Femida.az
Oxunub: 1628
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
- DSMF sədri: "Artımdan sonra əmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır"
- Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb
- DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib
- DSMF bəzi şəxslərin pensiyasının artmamasının səbəblərini açıqlayıb
- DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"
- DSMF: "Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək"
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb