Polis İsmayıllıda sərt karantin rejimi qaydalarına nəzarət edir - Fotolar


13:23     14 İyun 2020 2020/06/21feb60a-1889-4192-9004-672c9e26c5af_1592126132.jpg


Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur.

Mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparır.

Qeyd edək ki, digər rayon sakinlərinin İsmayıllı rayonu ərazisindən keçərək getməsində məhdudiyyət yoxdur. Ancaq onların hər hansısa yaşayış məntəqəsinə girişinə icazə verilmir və qurulan postlarda onların hərəkətinə nəzarət olunur.

Femida.az

Açar sözlər: #İsmayıllı   #karantin   #polis   #DİN  

Oxunub: 2009