Azərbaycanda 3148 məhkum elektron qolbaq daşıyır


14:07     14 İyun 2020 20_06_14_1592130469.jpg


Azərbaycanda indiyədək 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.


Bu barədə Femida.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 536 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

Femida.az

Açar sözlər: #ədliyyə   #elektronqolbağ   #məhkum  

Oxunub: 3491