Goranboyda 2 nəfər bıçaqlanıb


20:50     14 İyun 2020 bicaq.jpg

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakəndində olub.

Bıçaq xəsarətləri alan şəxslər Əliyev Məqsəd Namaz oğlu və Kərimov Hikmət Məzahir oğludur. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, M.Əliyev H.Kərimovun ögey atasıdır, onlar aralarında olan şəxsi münaqişə zəminində bir-birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1121