Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi


00:15     15 İyun 2020 mehriban%20eliyeva8.jpg

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Femida.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

Femida.az

Açar sözlər:

Oxunub: 985