DİN Ağstafada baş verən qətllə bağlı məlumat yayıb


13:21     15 İyun 2020 2020/02/din_yeni12_1580995028.jpg

Daxili İşlər Nazirliyi (DİN) Ağstafada baş verən qətllə bağlı məlumat yayıb.


Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 14-də Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş T.Heydanov münaqişə zəminində qonşusu Hürriyyət Şəmilovu bıçaqla qətlə yetirib.

Polis və prokuqoqluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən T.Heydanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 650