Piyada qadın hadisə yerində can verdi


17:15     15 İyun 2020 piyada8.jpg

Abşeron rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 13-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Cəfərov idarə etdiyi “HOVO” markalı avtomobillə yolu keçən şəhər sakini Səbinə Məmmədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 639