Füzulidə mərmi tapılıb - Foto
18:19 15 İyun 2020

Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində evin həyətində qazıntı işləri aparılarkən mərminin tapılması barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.
Agentlikdən Femida.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qruplar, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 681
Oxşar xəbərlər
- Füzulinin Üçbulaq kəndindən görüntülər - VİDEO
- Ermənilərin tövləyə çevirdiyi 4 əsrlik məscid - FOTOREPORTAJ
- Füzulinin Govşatlı kəndi - VİDEO
- Mehriban Əliyeva Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıldan paylaşım etdi
- İlham Əliyev və xanımı Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar
- Yeni Füzuli-Şuşa avtomobil yolunun tikintisinin bir hissəsi başa çatıb
- Füzulidə mülki şəxslərin minaya düşməsi ilə bağlı cinayət işi açıldı
- Füzulidə 3 nəfər minaya düşüb
- Füzulinin Cuvarlı kəndindən görüntülər - VİDEO
- Füzulinin Zərgər kəndindən VİDEOGÖRÜNTÜLƏR