Nabranda avtomobil 2 piyadanı vurub, biri ölüb


09:26     16 İyun 2020 20_06_16_1592285294.jpg

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyev avtomobil zərbəsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 497